Rəsmi Pakistan, İsrail rejiminin fələstinli nümayişçilərə qarşı güc tətbiq etməsindən narahat olduğunu bildirib.
Açıqlamada, İsrailin fələstinli nümayişçilərə tətbiq etdiyi siyasətin beynəlxalq insan haqqlarına zidd olduu qeyd edilib: "Biz öz haqqlarını tələb edən Fələstin xalqı və hökumətinin yanındayıq. Pakistan, Fələstinə dəstəyini bir daha xatırladır və paytaxtı Qüds olan, müstəqil, suveren, sərhədləri müəyyən Fələstin dövlətinin yaradılmasını dəstəkləyir".
Qeyd edək ki, məscidin içində 3 fələstinlinin şəhid edilməsindən sonra orada ibadət qadağan edilmişdi. Daha sonra məscidin iki qapısı açılsa da, ora metal detektorlar quraşdırılmışdı ki, bu addım etirazlara səbəb olmuşdu. Fələstinlilər öz etirazlarını bu qapıların önündə namazlarını qılaraq bildirirdi.
Əl-Əqsa məscidinin işğalçı rejim
tərəfindən işğalı və məscidin girişində metal detektorların
quraşdırılması dünyanın bir çox ölkələrində etiraz aksiyaları ilə
qarşılandı. Bir çox ölkələrdə İsrail əleyhinə etiraz aksiyaları
keçirildi və Əl-Əqsa məscidinə olan hörmətsizliyə son verilməsi tələb
olundu./faktxəbər