Xəzər Xəbər

BMT xəbərdarlıq etdi: Dinlərarası müharibə başlaya bilər!

Dünya | 13:05 • 26 İyul 2017
BMT xəbərdarlıq etdi:
BMT-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Nikolay Mladenov təxminən iki həftədir davam edən Qüds böhranı ilə bağlı mühüm açıqlama verib. O, bildirib ki, Qüdsdə gərgiliyin artması dinlərarası müharibəyə çevrilə bilər.

Yaranan burulğanın iki tərəflə birgə Yaxın Şərq ölkələrinə sirayət etmək riskinin olduğunu deyən Mladenov, gərginliyin azalması üçün təxribatların dayandırılmasını istəyib:"İsrailin müqəddəs "Əl-Əqsa" məscidinin əsas girişinə qoyduğu metal detektorları götürmək qərarını müsbət qiymətləndiririk və bu qərar gərginliyin azaldılması mövzusunda əhəmiyyətli bir addımdır".

Qeyd edək ki, ötən həftə metal detektoruna etiraz edən fələstinlilərə qarşı İsrail hüquq-mühafizə orqanları sərt müdaxilələr etmişdi. "Əl-Əqsa"nın qapılarına qoyulan elektron metal axtarma detektoru tətbiqinə etiraz məqsədi ilə namazı məscidin «Aslanlı Qapı» bölgəsi yaxınlığında qılanlara polisin hücumu nəticəsində hərəmin xətibi Şeyx Sabri plastik mərmi ilə yaralanmışdı. Qızıl Aypara Cəmiyyətinin Fələstin nümayəndəliyi Şeyx Sabridən başqa onlarla insanın yaralandığını vurğulamışdı./faktxəbər

Xəbər lenti