Xəzər Xəbər

Hərbi bazaya hücum olub: 40-dən çox insan ölüb

Dünya | 11:37 • 26 İyul 2017
Hərbi bazaya hücum olub:

Əfqanıstanın Kandaqar vilayətində hərbi bazaya silahlı hücum olub. 

Yerli telekanal taliblərin hücumu nəticəsində azı 40 nəfər hərbçinin ölməsi barədə xəbər verib.

Məlumata görə, hərbçilərlə taliblər arasında silahlı toqquşma 5 saat davam edib.

Hökumət insidentlə bağlı hələ heç bir açıqlama verməyib. Taliblərin də itkiləri barədə hələ məlumat yoxdur.

Xəbər lenti