Xəzər Xəbər

Ermənistanda qubernatorun itkin düşmüş müşavirinin öldürüldüyü məlum olub

Dünya | 11:31 • 26 İyul 2017
Ermənistanda qubernatorun itkin düşmüş müşavirinin öldürüldüyü məlum olub

Ermənistanın Armavir vilayəti qubernatorun itkin düşmüş müşavirinin meyiti tapılıb.

APA-nın "Shamshyan.com”-a istinadən verdiyi məlumata görə, Ermənistan polisi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən iyulun 26-na keçən gecə Dalarik kəndində meyit tapılıb.

Meyiti tapılmış şəxsin Armavir vilayəti qubernatorunun iyulun 23-də itkin düşmüş müşaviri, 52 yaşlı Manuk Simonyan olduğu bildirilir.

Məftillə sarınmış və üzü üstə uzadılmış meyitin başında böyük daş olub.

Məhkəmə ekspertizasının qənaətinə görə, meyitin qismən çürüməsi məmurun bir neçə gün əvvəl öldürüldüyünü güman etməyə əsas verir.

Xəbər lenti