Xəzər Xəbər

Avrasiya İnkişaf Bankında vahid valyuta yaradılacaq

Dünya | 11:20 • 26 İyul 2017
Avrasiya İnkişaf Bankında vahid valyuta yaradılacaq

Avrasiya İnkişaf Bankının rəhbərliyi Avrasiya İqtisadi Birliyi ölkələri üçün vahid valyuta yaratmağı planlaşdırır. Bu məlumatı Avrasiya İnkişaf Bankının İnteqrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Yevgeni Vinokurov təsdiqləyib.


AZƏRTAC "virstanews.ru"ya istinadla xəbər verir ki, rusiyalı ekspertin sözlərinə əsasən, mütəxəssislər vahid valyutanın istehsalının uzunmüddətli perspektivləri üçün bir neçə təklif veriblər.


Avrasiya İnkişaf Bankının rəhbərliyi hazırda Avrasiya İqtisadi Birliyinə regional pul vahidinin yaradılmasını təklif etmək niyyətindədir.


Hazırda Avrasiya İnkişaf Bankının vahid pul vahidinin yaradılması təklifini Qazaxıstan dəstəkləyib. Qeyd edək ki, bu məsələ Avrasiya İqtisadi Birliyi ölkələri ilə hələ müzakirə olunmayıb. Yeni valyuta layihəsinin bəyənildiyi təqdirdə onun nə zaman qüvvəyə minəcəyi hələlik açıqlanmır.

Xəbər lenti