Xəzər Xəbər

Bu gün nəhəng asteroid Yerə maksimal dərəcədə yaxınlaşacaq

Dünya | 16:55 • 25 İyul 2017
Bu gün nəhəng asteroid

İri asteroid bu gün Yerə maksimum yaxın məsafədən keçəcək.

480858 (2001 РТ9) nömrəli asteroid potensial təhlükəli səma cisimləri qrupuna aiddir. Onun diametri isə təxminən 445 metr təşkil edir.

2001 РТ9 Apollondur, yəni orbiti Yer orbiti ilə çöl tərəfdən kəsişən yerətrafı asteroidlər qrupuna aiddir. Bu haqda Ural Federal Universitetinin astronomiya, geodeziya və ətraf mühitin monitorinqi kafedrasının bəyanatında deyilir.

Saniyədə 42120 km sürətilə hərəkət edən bolid Yer kürəsinə 10,3 milyon km məsafəyədək yaxınlaşacaq. Qeyd edək ki, Yer kürəsinə 19 milyon km -dən az məsafəyə yaxınlaşan bütün kosmik cisimlər potensial təhlükəli hesab olunur.

Xatırladaq ki, sonuncu dəfə asteroid 2001-ci ilin avqustunda Yerə təhlükəli dərəcədə yaxın məsafədən keçib./faktxəbər

Xəbər lenti