Xəzər Xəbər

Donald Tramp baş prokuroru Klinton işi il bağlı sərt tənqid edib

Dünya | 16:20 • 25 İyul 2017
Donald Tramp baş prokuroru Klinton işi il bağlı sərt tənqid edib

ABŞ prezidenti Donald Tramp baş prokuror Ceff Seşnsı Demokrat Partiyasının namizədi Hillari Klintonun işi il bağlı "çox zəif mövge” tutduğuna görə tənqid edib.

APA-nın "theguardian.com” saytına istinadən verdiyi məlumata görə, o həmçinin heç bir sübut göstərmədən Ukraynanın H. Klintona dəstək verdiyini iddia edib.

"Problem ondadır ki, Federal Təhqiqat Bürosunun rəhbəri və Hillarinin işi məşğul olan Endryu MakKeyd Hillaridən həyat yoldaşı üçün 700 min dollar alıb. MakKeydin həyat yoldaşı, Cil MakKeyd 2015-ci ildə Virciniya ştatı senatoru vəzifəsinə namizədliyini irəli sürüb, amma seçkidə uduzub. O, Hillari Klintonun müttəfiqi, Virciniya qubernatoru Terri MakOlifə aid mənbələrdən vəsait alıb. Ukraynalıların Trampın kampaniyasını sabotaj etmək cəhdləri isə Klintonun xeyrinə işləyirdi. Bəs istintaq niyə başlamayıb, cənab baş prokuror?”, - deyə Tramp vurğulayıb.

Ukraynanın ABŞ-dakı səfirliyi rəsmi Kiyevin ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmədiyini və Ukraynanın seçkiqabağı kampaniya zamanı bitərəf mövqe tutduğunu açıqlayıb.

Xəbər lenti