Xəzər Xəbər

Qətərin müdafiə naziri: "İran bizə "nəfəs" verib"

Dünya | 16:13 • 25 İyul 2017
Qətərin müdafiə naziri:

Qətərin müdafiə naziri Xalid bin Muhəmməd əl-Atiyə bildirib ki, 4 ərəb ölkəsinin Qətərə qarşı sanksiyaların tətbiqindən sonra İran öz hava məkanını üzümüzə açmaqla bizə nəfəs verib.

Bu barədə xarici KİV-lər yazıb.

Onun sözlərinə görə, bundan əlavə, İran Qətərin ərzaq tələbatını da qismən təmin edib.

Həmçinin əl-Atiyə onu da vurğulayıb ki, İranın bu addımından sonra Qətər rəsmi Tehranla isti münasibətlərin yenidən qurulması istiqamətində irəlləməlidir.

Xatirladaq ki, iyunun 5-i Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə bütün diplomatik əlaqələri kəsib./faktxəbər

Xəbər lenti