Xəzər Xəbər

Hindistanın yeni prezidenti rəsmən vəzifəsinin icrasına başlayıb

Dünya | 16:05 • 25 İyul 2017
Hindistanın yeni prezidenti rəsmən vəzifəsinin icrasına başlayıb

Hindistanın yeni prezidenti Ram Natx Kovind iyulun 25-də and içərək rəsmən vəzifəsinin icrasına başlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yerli televiziya ilə canlı yayımlanan mərasim parlamentin mərkəzi zalında keçirilib. Mərasimi seçilmiş və müddəti bitən prezidentlərin yerlərini dəyişdiyi "kreslo mübadiləsi” zamanı formal olaraq bir neçə saniyəlik ölkə prezidentinin vəzifələrinin icraçısı sayılan Ali Məhkəmənin sədri Caqdiş Sinqx Kexar aparıb.

Xatırladaq ki, Ram Natx Kovind iyulun 17-də Hindistanda keçirilən prezident seçkilərində seçkiçilər kollegiyası üzvlərinin 65,65 faizinin səs toplayaraq inamlı qələbə qazanıb.

Yeni prezident 1945-ci il oktyabrın 1-də Uttar-Pradeş ştatında toxunulmazlar (dalitlər) kastasından olan fermerin ailəsində doğulub. Hüquq təhsili alaraq 16 yaşından ali məhkəmə instansiyalarında dalitlərin hüquqlarını müdafiə edib. 1990-cı ildən siyasi karyerasına başlayan Kovind 2015-ci ildə Bixarın qubernatoru təyin olunub. O, Koçeril Raman Narayanandan sonra dalitlər kastasından seçilən ikinci prezident kimi tarixə düşüb.

Xəbər lenti