Xəzər Xəbər

Ukrayna sanatoriyalarının birində kütləvi zəhərlənmə olub

Dünya | 15:02 • 25 İyul 2017
Ukrayna sanatoriyalarının birində kütləvi zəhərlənmə olub

Ukraynanın İvano-Frankovsk vilayətində yerləşən "Syayvo Karpat” sağlamlıq və istirahət kompleksində dincələn 13 əcnəbi qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Epideomoloji Xidmətin İvano-Frankovsk vilayəti üzrə laboratoriyasının müdiri Ruslan Savçuk məlumat verib.


Onun sözlərinə görə, zəhərlənən 13 nəfərdən 7-si uşaqdır. Onlardan beşi Almaniya, altısı Polşa, ikisi isə Ukrayna vətəndaşıdır. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.


Hazırda sanatoriyada araşdırmalar aparılır. Orada 80 nəfərə yaxın insan istirahət edir.


Xəbər lenti