Xəzər Xəbər

Ərdoğandan müsəlmanlara çağırış: İmkanı olan Qüdsü, Məscidi-Əqsanı ziyarət etsin

Dünya | 13:33 • 25 İyul 2017
Ərdoğandan müsəlmanlara çağırış:

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında danışan prezident Rəcəb Tayyib Ərdoğan, "buradan bütün vətəndaşlarıma və bütün müsəlmanlara müraciət edirəm. İmkanı olan hər kəs, xahiş edirəm, Qüdsü, Məscidi-Əqsanı ziyarət etsin. Gedə bilməyənlər isə oradakı qardaşlarımıza yardım göndərsinlər", - deyə bildirib.

Çıxışının davamında Ərdoğan bildirib ki, hərəm bölgəsinin məxfiliyinə hörmət etməyən İsrail təhlükəli yola çıxır: "İsrail rəhbərliyi hərəm bölgəsinə müsəlmanların girişini yasaqlayıb, məsələni işğala aparmaqdır.

Biz müsəlmanlar üçün mübarək məkanlarımızı qorumaq iman məsələsidir. Əgər, İsrail əlindəki silahlara güvənərək belə bir yola daxil olursa, çox yanılır. Fələstinli və digər millətlərdən olan qardaşlarımız da bu yolun dipdiri ayaqda olduğunu bütün dünyaya elan edirlər. Bizlər Məscidi-Əqsaya nə qədər çox sahib çıxsaq, gözlərini ora dikmiş olanların işləri də bir o qədər çətinləşər. Çəkmələri ilə çirkləndirir, müsəlman qanı tökürlərsə, bunun səbəbi bizlərin Qüdsə kifayət qədər sahib çıxa bilməməyimizdir. Gəlin birlikdə Qüdsə sahib çıxaq"./FaktXəbər

Xəbər lenti