Xəzər Xəbər

Rusiyada təyyarədə telefon aparmaq pullu ola bilər

Dünya | 13:20 • 25 İyul 2017
Rusiyada təyyarədə telefon aparmaq pullu ola bilər
Rusiyanın Nəqliyyat Nazirliyi aviasiya qaydalarına yenilik edərək sərnişinlərin yalnız 5 kiloqramlıq əl yükü ilə təyyarəyə minmələrinə icazə vermək niyyətindədir. Bununla bərabər üst geyimləri, çətir, mobil telefon, noutbuk, fotoaparat və videokamera əlavə ödəniş olmadan təyyarəyə minərkən göstərilən əşyaların siyahısından çıxarılıb.

Dəyişikliklər layihəsi federal aviasiya qaydalarının (regulation.gov.ru) saytında yerləşdirilib. Ehtimal olunur ki, pulsuz baqaj daşınmasının ləğvi barədə qanun Federasiya Şurası tərəfindən təsdiq olunduqdan və prezidentin bu layihəni imzalamasından sonra qüvvəyə minəcək.

Qeyd edək ki, pulsuz baqaj daşınmasının ləğvi gediş-gəliş bileti olmayan sərnişinlərə şamil olunacaq./faktxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti