Xəzər Xəbər

Avstraliyada Quranı virus adlandıran pastora cinayət işi açılıb

Dünya | 13:07 • 25 İyul 2017
Avstraliyada Quranı virus adlandıran pastora cinayət işi açılıb

Avstraliyada "Azadlıq" Baptist kilsəsinin pastoru Keyt Paypera qarşı cinayət işi açılıb. Səbəb isə onun Quranı "müsəlmanların beynini məhv edən virus" adlandırmasıdır.

Keşiş İslam dinini tənqid edən müraciətini Youtube kanalına yerləşdirib. Bu videoçarx yüzlərlə müsəlman və qeyri-müsəlman internet istifadəçilərinin narazılığına səbəb olub.

Maraqlıdır ki, Keyt Payper təkcə İslam dinini yox, multikulturalizm prinsipini də tənqid edib. Onun fikrincə, bu prinsip "uşaqların müsəlman olmasına" gətirib çıxarır.

"Azadlıq" kilsəsinin ölkə məktəbləri üçün dini dərsliklər hazırladığını nəzərə alaraq, bir neçə nəfər Avstraliya Təhsil Nazirliyinə şikayət məktubu da ünvanlayıb. Aktivistlər hesab edir ki, islamofob düşüncəli dini qurumlar təhsil sistemindən uzaq olmalıdır. /faktxəbər

Xəbər lenti