Xəzər Xəbər

Mumbayda yaşayış binası uçdu - 30 adam dağıntılar altında

Dünya | 11:13 • 25 İyul 2017
Mumbayda yaşayış binası uçdu -

Mumbayda yaşayış binası uçulub. Trend-in məlumatına görə, dağıntılar altında 30-dan çox adamın qalması ehtimal edilir.

İnsident səhər saatlarında şəhərin Qxatkopar rayonunda baş verib. Dağıntılar altından 9 nəfəri sağ çıxarmaq mümkün olub.

Hadisədən dərhal sonra ərazi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

İnsidentin baş vermə səbəbləri məlum deyil.

Hindistanda adətən belə hallar tikinti normalarının pozulması və keyfiyyətsiz tikinti materiallarından istifadə edilməsi səbəbindən baş verir.

Xəbər lenti