Xəzər Xəbər

Həkimlər heyrətləndi - 9 yaşlı uşaq HİV virusundan sağaldı

Dünya | 17:46 • 24 İyul 2017
Həkimlər heyrətləndi -

Cənubi Afrika Respublikasından olan 9 yaşlı uşağın ölümcül virusdan sağalması həkimləri heyrətə gətirib.

Adı gizli saxlanılan uşaq anadan olduqdan sonra virusa qarşı müalicə kursu qəbul edib. Müalicə kursu, təxminən, 10 ay davam edib və o vaxtdan bəri uşağa bircə dənə də olsun virusa qarşı heç bir dərman tədbiq olunmayıb.

Uşağın bu müddət heç bir tibbi müdaxilə olmadan sağlam qalması onun tədqiqat obyektinə çevrilməsinə səbəb olub.

HİV virusu insanda Qazanılmış İmmun Çatışmazlığı Sindromu xəstəliyinin yaranmasına gətirib çıxarır. Bu virusun daşıyıcılarına hər ay ən azı bir dəfə olmaqla dərman müdaxiləsi etmək zəruridir.

Məlumata görə, uşaq bu virusa anası ona hamilə olan zaman, 2007-ci ildə yoluxub.

Həkimlər qeyd edir ki, uşaqda müşahidə olunan sağalmanın genetik və ya immun sistemi ilə əlaqədar olduğu ehtimal edilir.

AzNews.az

Xəbər lenti