Xəzər Xəbər

Çin şirkətləri Suriyanın iqtisadiyyatına 2 milyard dollar sərmayə qoyacaq

Dünya | 15:21 • 24 İyul 2017
Çin şirkətləri Suriyanın iqtisadiyyatına

Çin şirkətləri böhranın pəncəsindəki Suriyanın iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymağa hazırlaşır. XezerXeber.com-un Sputnik-ə istinadla verdiyi məlumata görə, bu pullar ölkədəki su və elektrik infrastrkuturunu yenilənməsində, yol və mənzillərin inşaasında istifadə ediləcək. Planlanan investisiya Çinin atdığı ilk addım olaraq görülür.

Ekspertlər hesab edirlər ki, Çinin Suriyaya qarşı bu marağı ölkənin Ağdəniz üzərindən Anadolu və Avropaya, həmçinin Ərəb yarımadasına gedən yolların kəsişdiyi ərazidə yerləşməsi ilə əlaqəlidir.

Qeyd edək ki, Pekin 2014-cü ildən bəri Çindən Avropaya qədər vəsait və sərnişin daşınmasına imkan yaradacaq «Yeni İpəkyolu» qlobal nəqliyyat şəbəkəsinin layihəsi üzərində işləyir.

Pekin bu şəbəkədə dəhlizlərdən birini Suriyadan keçirmək istəyirdi və bu məqsədlə 2011-ci ilə qədər Suriyanın iqtisadiyyatına aktiv sərmayələr qoymuşdu. Ancaq ərəb baharı dövründə yaşanan hadisələr Çinin iqtisadi maraqlarını önəmli şəkildə baltalamışdı.

Braziliyalı analitik Pepe Eskobar Çinin Suriyaya invesisiya qoymağa hazırlaşmasını Pekinin SƏR-dəki mühariənin yaxın gələcəkdə başa çatmasına inandığının göstəricisi kimi qiymətləndirib: «Çin irəliyə doğru strategiyasını quru rvə indidən sülhün gələcəyi Suriyadakı yerini açmaq istəyir».

Asia Times-in xəbərinə görə, iyulun 9-da Pekində təşkil olunanSyria Expo 2017 sərgisindən bir araya gələn Dəməşq heyətivə çinli biznesmenlər investisiya məsələsi barədə danışıblar.

Xəbər lenti