Xəzər Xəbər

İran milli valyutasının adı dəyişib

Dünya | 12:35 • 24 İyul 2017
İran milli valyutasının adı dəyişib

İranın milli valyutasının adı dəyişib.

İran Nazirlər Kabinetinin qərarına əsasən yeni "tümən” rialın 10 mislinə bərabər götürülüb.

Bundan sonra İranın pul vahidi 10 riala bərabər "tümən” olacaq.

Qeyd edək ki, ötən il İran Mərkəzi Bankıpul vahidinin dəyişdirilməsi layihəsini hazırlayın vəNazirlər Kabinetinə təqdim edib. Uzun müddətdir İran əhalisi ödənişlərdə rial əvəzinə tüməndən istifadə edirdi. Halbuki rəsmən mübadilələrdə rialdan istifadə olunurdu. Bundan sonra rəsmi mübadilələr zamanı əsas pul vahidi qismində tümən çıxış edəcək. (APA)

Xəbər lenti