Xəzər Xəbər

Berlin və Vaşinqton münasibətlərində qeyri-müəyyənlik

Dünya | 12:35 • 24 İyul 2017
Berlin və Vaşinqton münasibətlərində qeyri-müəyyənlik

AFR Prezidenti Frank-Valter Ştaynmayer bəyan edib ki, onu müasir transatlantik münasibətlərin bəzi cəhətləri "təəssüfləndirir”. "Almaniya-ABŞ münasibətləri tarixində indiki qədər qeyri-müəyyənlik heç vaxt olmayıb”, - deyə Ştaynmayer ZDF telekanalına müsahibəsində gileylənib. Müsahibədən fraqmentlər bazar günü dərc edilib.

Eyni zamanda, Almaniya Prezidenti qeyd edib ki, ABŞ təkcə indiki prezident administrasiyasından ibarət deyil. "Amerikanın heç də hamısı transatlantik münasibətlərin əhəmiyyətini yaddan çıxarmayıb və buna görə də güman edirəm ki, ABŞ siyasəti daxilində də indi gördüyümüzə dəyişikliklər olacaq”, - deyə Frank-Valter Ştaynmayer davam edib.

O, həmçinin AFR üçün Vaşinqtonla münasibətlərin əhəmiyyətini vurğulayıb. "Amerikalılar olmadan Almaniya demokratiyası olmazdı. "Marşal planı” olmadan iqtisadi inkişaf mümkün deyildi”, - deyə AFR Prezidenti xatırladıb.

Xəbər lenti