Xəzər Xəbər

"Taliban" partlayışa görə məsuliyyəti üzərinə götürüb

Dünya | 10:33 • 24 İyul 2017
"Taliban" partlayışa görə məsuliyyəti üzərinə götürüb

Taliban qrupu Əfqanıstanda azı 24 nəfərin ölümünə səbəb olmuş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Partlayış nəticəsində daha 42 nəfər xəsarət alıb.

Terrorçu-kamikadze minalanmış avtomobili partladıb.

Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra hakimiyyəti başçısının müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

Xəbər lenti