Xəzər Xəbər

Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək

Dünya | 09:12 • 24 İyul 2017
Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək

Qüdsdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək.

Xezerxeber.az-ın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, iclasın keçirilməsi təşəbbüsü ilə İordaniya çıxış edib.

Görüş xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə Əl-Aksa məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. İsrail hökuməti bu olaydan sonra Əl-Aksa məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

Xəbər lenti