Xəzər Xəbər

16 yaşlı gəlin 18 yaşlı ərini güllələyib

Dünya | 11:58 • 23 İyul 2017
16 yaşlı gəlin 18 yaşlı ərini güllələyib

Türkiyənin Kahramanmaraş rayonunun Afşin qəsəbəsində 16 yaşlı gəlin T.E. əri Osman Kalenderi güllələyib.

Qafqazinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, T.E. 4 ay öncə qoşulub qaçdığı Osmanla dini nigahda yaşayıb.

Bir müddət sonra cütlüyün arasında mübahisələr yaranıb və ayrılmaq qərarı alıblar.

Dünən axşam cütlük arasında yenidən mübahisə çıxıb və T.E. ərini silahla vurub. Ağır yaralı halda xəstəxanaya yerləşdirilən Osmanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerindən qaçan 16 yaşlı gəlin başqa bir qəsəbədə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti