Xəzər Xəbər

BMT-nin Təhlükəsizlik Şurası təcili toplantı keçirəcək - Qüdsə görə

Dünya | 11:37 • 23 İyul 2017
BMT-nin Təhlükəsizlik Şurası təcili toplantı keçirəcək -

BMT Təhlükəsizlik Şurasının Qüdsdəki vəziyyətlə bağlı təcili iclası çağırılıb.

"Report" bildirir ki, iclas sabah-bazar ertəsi baş tutacaq.

Bundan əvvəl İsveçin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi bildirmişdi ki, Misir, İsveç və Fransa nümayəndələri Qüdsdə vəziyyətin gərginləşməsi ilə əlaqədar iclasın keçirilməsini təklif ediblər.

Hazırda Qüdsdə vəziyyət gərgindir. Orada üç fələstinli həlak olub, onlarla insan yaralanıb. Hər şey İsrail hökumətinin təhlükəsizlik tədbirlərini gücləndirməsindən sonra baş verib. Yerli müsəlmanlar İslam dünyasının öz əhəmiyyətinə görə üçüncü müqəddəs yerinə metal axtaran qurğular qoyulmasına qəzəbləniblər.

Xatırladaq ki, ötən həftə iki İsrail polisinin fələstinlilər tərəfindən qətlə yetirilməsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

Xəbər lenti