Xəzər Xəbər

Avstriyanın xarici işlər naziri italiyalı həmkarına miqrantlarla bağlı çağırış edib

Dünya | 15:00 • 23 İyul 2017
Avstriyanın xarici işlər naziri italiyalı həmkarına miqrantlarla bağlı çağırış edib

Vyanada ATƏT-in müşavirəsi çərçivəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurts italiyalı həmkarı Ancelino Alfanoya miqrantlarla bağlı çağırış edib. Bildirib ki, Aralıq dənizində xilasetmə əməliyyatları mərkəzi Avropaya "bilet” rolunu oynamamalıdır. İtaliyanın Lampeduza adası və İtaliya yarımadası arasında qeyri-leqal mühacirlər üçün bərə xidmətləri dayandırılmalıdır. Miqrantların davamlı olaraq materikə gətirilməsi onların nəinki Mərkəzi Avropaya, bütövlükdə qitəyə keçməsinə imkan yaradacaq.

İtaliyanın xarici işlər naziri Ancelino Alfano 2018-ci ildə ölkəsinin ATƏT-də sədrliyi ilə bağlı proqramını Avstriya tərəfə təqdim edib və prioritet istiqamətlərdən danışıb. Qeyd edib ki, Avropa İttifaqı və dünya üçün ciddi təhlükələr – terrorizm və miqrasiya böhranı cənubdan gəlir. Bu il İtaliyaya təxminən 90 000 miqrant gəlib ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur. (AZƏRTAC)

Xəbər lenti