Xəzər Xəbər

“Taliban” yaraqlıları 70 əfqanıstanlını oğurlayıb, 7 nəfər öldürülüb

Dünya | 09:31 • 23 İyul 2017
“Taliban” yaraqlıları 70 əfqanıstanlını oğurlayıb, 7 nəfər öldürülüb

"Taliban” hərəkatının yaraqlıları Əfqanıstanının cənubundakı kəndlərin birində azı 70 sakini oğurlayıblar, onların 7-si öldürülüb.

Xezerxeber.az məlumat verir ki, France Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, 30 nəfərədək sakin azad olunub. Kandahar vilayəti polis idarəsinin başçısı oğurlanan sakinlərin azad olunması istiqamətində əməliyyatların davam etdiyini bildirib.

Əfqanıstanda insan hüquqları üzrə müstəqil komitə şənbə günü Kandaharı Tarinkot şəhəri (Uruzqan vilayəti) ilə birləşdirən yol rayonunda 70-dən çox insanın silahlı dəstə tərəfindən oğurlandığına dair məlumat dərc edib. Təşkilatın bildirdiyinə görə, 40-dan çox sakin hələ də əsirlikdədir.

Son vaxtlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Vaxtilə kənd rayonlarında geniş ərazilər ələ keçirən "Taliban” hərəkatının yaraqlıları hazırda böyük şəhərlərə hücuma başlayıb. Ölkə ərazisində İŞİD terror qruplaşmasının təsiri də güclənməkdədir.

Xəbər lenti