Xəzər Xəbər

ABŞ Türkiyənin Rusiyadan “S-400” alacağından narahatdır

Dünya | 09:28 • 23 İyul 2017
ABŞ Türkiyənin Rusiyadan “S-400” alacağından narahatdır

Türkiyənin Rusiyadan "S-400” zenit-raket kompleksləri əldə etməsi Vaşinqtonun narahatçılığına səbəb ola bilərdi.

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.

"KİV-lərdə xəbərlər yayılmışdı, lakin onlar doğru olmadı. Onlar Rusiyadan "S-400” havadan müdafiə sistemləri əldə etməyiblər. Onlar bunu etmiş olsaydılar, bu bizdə narahatçılığa səbəb ola bilərdi. Lakin onlar bunu etmədilər”, - deyə general Cozef Danford müvafiq sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, Pentaqon rəhbəri Ceyms Mettis ötən həftə Türkiyənin "S-400” sistemlərini əldə etmək niyyətinin Ankaranın suveren qərarı olduğunu vurğulayıb.

"Rostex”in baş direktoru Sergey Çemezov isə bir neçə gün əvvəl bildirib ki, "S-400” zenit-raket sistemlərinin Türkiyəyə tədarükünə dair saziş üzrə texniki məsələlər artıq həll olunub, yalnız inzibati məsələlər qalmaqdadır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti