Xəzər Xəbər

İran “Sayad-3” raketlərinin seriyalı istehsalına başlayıb

Dünya | 09:15 • 23 İyul 2017
İran “Sayad-3” raketlərinin seriyalı istehsalına başlayıb

İran "Sayad-3” havadan müdafiə raketlərinin istehsalını qurub.

Xezerxeber.az-ın "Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, istehsalın açılışı mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan iştirak edib.

Nazir çıxışında qeyd edib ki, "Sayad-3” raketlərinin istehsalında müasir dünya texnologiyaları nəzərə alınıb. "Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi – "görünməyən” qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir”,- deyə müdafiə naziri qeyd edib.

Onun sözlərinə görə, "Sayad-3” raketlərinin vurma məsafəsi təqribən 120 km-ə yaxındır.

Xəbər lenti