Xəzər Xəbər

Ərəb ölkələri Qətərdən terrorizmi dəstəkləməməyi tələb edirlər

Dünya | 09:57 • 21 İyul 2017
Ərəb ölkələri Qətərdən terrorizmi dəstəkləməməyi tələb edirlər

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Misir və Bəhreyn diplomatları Nyu-Yorkda birgə mətbuat konfransında bəyan ediblər ki, Qətərlə bağlı hər hansı vasitəçilik iyulun 5-də Qahirədə bu dörd ərəb ölkəsinin xarici işlər nazirləri tərəfindən bəyənilmiş 6 tələbdən ibarət sənədə əsaslanmalıdır.

BƏƏ-nin WAM dövlət informasiya agentliyi xəbər verir ki, siyahıya ekstremizmə və terrorizmə qarşı mübarizəni dəstəkləmək, təhrikçilikdən, dözümsüzlük və zorakılıq çağırışlarından imtina etmək, İran Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası çərçivəsində imzalanmış 2013-cü və 2014-cü illər sazişlərinə riayət olunması, Ər-Riyadda ərəb ölkələri-ABŞ sammitinin bütün yekunlarına əməl olunması, daxili işlərə müdaxilədən və qanunsuz birləşmələri dəstəkləməkdən imtina olunması, habelə terrorizmə və ekstremizmə qarşı mübarizədə məsuliyyət prinsipinə bütün beynəlxalq birlik ölkələri tərəfindən riayət olunması tələbləri daxildir.

Ərəb ölkələrinin nümayəndələri onu da vurğulayıblar ki, Doha iyunun əvvəlində irəli sürülmüş ilkin tələblərə cavab vermək üçün heç bir ciddi addım atmayıb. (AZƏRTAC)

Xəbər lenti