Xəzər Xəbər

İran parlamenti Xəzər dənizi ilə bağlı sazişi ratifikasiya edib

Dünya | 17:25 • 20 İyul 2017
İran parlamenti Xəzər dənizi ilə bağlı sazişi ratifikasiya edib

İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan arasında Xəzər dənizində fövqəladə hallara çevik reaksiyaya dair imzalanmış saziş İran parlamenti tərəfindən ratifikasiya edilib.


Saziş təbii böhranların idarə edilməsi, qarşısının alınması və Xəzər dənizində fövqəladə hallara çevik reaksiya, eləcə də yük daşımaları, xilasetmə, təlim, ekspertlərin bilik səviyyəsinin artırılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi sahələrini özündə əks etdirir.

Layihəyə parlament nümayəndələrindən 122-si lehinə, 6-sı əleyhinə səs verib, 6 nəfər bitərəf qalıb.

İran parlamenti İran və Ermənistan arasında Nurduz-Mehrisərhəd sərhəd qapılarından birgə istifadəyə dair sazişi də ratifikasiya edib.

Xəbər lenti