Xəzər Xəbər

Qeyri-leqal siqaret satışı büdcəyə baha başa gəlir

Dünya | 16:25 • 20 İyul 2017
Qeyri-leqal siqaret satışı büdcəyə baha başa gəlir

Keçən il Böyük Britaniyanın dövlət büdcəsi qeyri-leqal siqaret satışı ucbatından 1,84 milyard funt-sterlinq itirib.


Əgər ölkəyə qeyri-qanuni və ya qaçaqmalçılıqla gətirilən siqaretlər rəsmi qaydada satılsa idi, göstərilən məbləğ qədər əlavə vergi yığılması mümkün ola bilərdi.


2016-cı ildə Böyük Britaniya sakinləri 5,5 milyard "qanunsuz siqaret” çəkmişlər ki, bu rəqəm Avropada ən yüksək göstəricilər sırasındadır. Buna baxmayaraq, hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində ölkəyə qaçaq yolla gətirilən siqaretin kəmiyyəti 17 faiz azalıb.


Böyük Britaniyaya qeyri-leqal siqaret əsasən Polşadan, Belarusdan, Rumıniyadan və Pakistandan daxil olur.


Hesablamalara əsasən, siqaret qaçaqmalçılığına görə Avropa ölkələri il ərzində ümumilikdə 10,2 milyard avro məbləğində vergi yığa bilməyiblər. (vergiler.az)

Xəbər lenti