Xəzər Xəbər

Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır

Dünya | 14:11 • 20 İyul 2017
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır

Türkiyənin Baş naziri Binəli Yıldırım iraqlı həmkarı Heydər əl-Abadini Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi münasibətilə təbrik edib.


Trend-in məlumatına görə, B.Yıldırım rəsmi Ankaranın şəhərin bərpa olunması üçün kömək etməyə hazır olduğunu bildirib.


Baş nazir Türkiyənin İraqla, o cümlədən, terrorizmlə mübarizə sahəsində əməkdaşlığı genişləndirməkdə qətiyyəli olduğunu qeyd edib.

Xəbər lenti