Xəzər Xəbər

Ədliyyə naziri: “FETÖ-nün 14 milyard dollarlıq əmlakı dövlətə keçib”

Dünya | 11:43 • 19 İyul 2017
Ədliyyə naziri: “FETÖ-nün 14 milyard dollarlıq əmlakı dövlətə keçib”

Türkiyənin Ədliyyə Nazirliyi FETÖ terror təşkilatı ilə bağlı xüsusi iclas keçirib.

APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, nazir Bəkir Bozdağın rəhbərliyi ilə keçirilən iclasda təşkilata qarşı mübarizənin maliyyə məsələləri ilə bağlı müzakirələr aparılıb.

Ədliyyə naziri FETÖ terror təşkilatının bütün maliyyə qaynaqlarının nəzarətdə olduğunu bildirib: "Təşkilat iqtisadi cəhətdən çökdürülüb. 966 şirkət nəzarət altındadır. Bu şirkətlərə məxsus ümumi dəyəri 48.5 milyard türk lirəsi (təxminən 14 milyard dollar) olan 4888 daşınan və daşınmayan əmlaka həbs qoyulub. Təşkilatın əsas maliyyə təminatı Türkiyədən olub. Məktəblərdən, pul transferindən gələn gəlirlərin qarşısı alınıb. Bu, təbii ki, kənardakı qaynaqlara da təsir edəcək”.

Xəbər lenti