Xəzər Xəbər

75 il sonra buzlaqda tapıldılar - ŞOK FOTO

Dünya | 10:42 • 19 İyul 2017
75 il sonra buzlaqda tapıldılar -

İsveçrə Alplarının Tsanfleuron buzlağında həftə sonu tapılan 2 donmuş cəsədin, 75 il əvvəl itən bir cütlüyə aid olduğu güman edilir. Yan-yana duran donmuş cəsədlərə 2 min 600 metr yüksəklikdə təsadüfən rast gəlinib.

Cəsədlərin üzərindəki paltarlar II Dünya Müharibəsi illərinə işarə edir.

Yerli media, 7 uşaq sahibi Marcel və Francine Dumoulin 1942-ci ildə birdən ortadan yox olduğunu bildirir. Bir buzlaq yarığına yuvarlanan cütlüyün on illərlə buz təbəqələrinin altında qaldığı, indi donmuş kütlə əridikcə, cəsədlərin ortaya çıxdığı təxmin edilir.

Hazırda cütlüyün ən gənc qızı 79 yaşındadır və yeganə istəyi ana atasının cəsədlərini layiq olduğu şəkildə torpağa verməkdir. Göz yaşlarına boğulan Marceline Udry-Dumoulin, bütün həyatlarını ana atasını axtarmaq üçün keçirdiklərini deyib. (Publika.az)

Xəbər lenti