Xəzər Xəbər

Argentinada şaxtalar yeddi adamın ölümünə səbəb olub

Dünya | 09:33 • 19 İyul 2017
Argentinada şaxtalar yeddi adamın ölümünə səbəb olub

Argentinada görünməmiş şaxtalı havalar yeddi adamın ölümü ilə nəticələnib.

Xezerxeber.az "RİA Novosti" saytına istinadən xəbər verir ki, ölənlərdən ikisi Neuken və Misyones əyalətlərində yaşayan qocalar olub. Beş nəfər isə şaxtadan deyil, evdə dəm qazından ölüb. Onlar Mar-del-Plata, Rafaela, Xunin-de-los-Andes, La-Plata və Kordoba şəhərlərinin sakinləri olub.

Güclü şaxtalar Argentinada ötən həftə başlayıb. San-Karlos-de-Bariloçe şəhərində havanın temperaturu -25,4° şaxta olub ki, bu da həmin yaşayış məntəqəsi üçün rekord göstərici sayılır.

Xəbər lenti