Xəzər Xəbər

İran prezidentinin qardaşı 8,3 milyon dollar girov müqabilində azadlığa buraxılıb

Dünya | 11:19 • 18 İyul 2017
İran prezidentinin qardaşı 8,3 milyon dollar girov müqabilində azadlığa buraxılıb

İran Prezidenti Həsən Ruhaninin həbs olunmuş qardaşı Hüseyn Firidun girov müqabilində azadlığa buraxılıb


AZƏRTAC xəbər verir ki, France Press agentliyinin İran KİV-lərinə istinadla yaydığı məlumata görə, Firidun bazar günü maliyyə cinayətləri ittiham ilə həbsə edilmiş, dünən isə məhkəmə binasından xəstəxanaya aparılmışdı.


ISNA agentliyi bildirir ki, bazar ertəsi günü axşam "məhkəmə girova razılaşıb”. KİV-in məlumatına əsasən, təyin olunan girovun məbləği əvvəlcə 500 milyard rial (13,3 milyon dollar) təşkil edib. Sonradan məhkəmə girovun miqdarını 8,3 milyon dollaradək azaltmağa razılıq verib.


Xatırladaq ki, Hüseyn Firidun 2015-ci ildə İranın nüvə proqramı üzrə danışıqlarda İran prezidentinin xüsusi nümayəndəsi olub

Xəbər lenti