Xəzər Xəbər

Türkiyədə terror aktı törədilib: 17 hərbçi yaralanıb

Dünya | 14:46 • 17 İyul 2017
Türkiyədə terror aktı törədilib:

Türkiyənin Hakkari bölgəsindəki Yüksekova rayonunda hərbçilərə qarşı ağır terror aktı törədilib.

Rəsmi məlumata görə, hərbçiləri daşıyan maşının keçdiyi yola əvvəlcədən basdırılmış partlayıcının işə salınması ilə törədilən terrorda 17 hərbçi yaralanıb.

Antiterror əməliyyatları keçirmək üçün bölgəyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti