Xəzər Xəbər

Fransada bir İLK: Prezident iftar süfrəsində

Dünya | 15:04 • 22 İyun 2017
Fransada bir İLK:

Fransa tarixində bir ilk yaşanıb.

Prezident Makron ölkə tarixində ilk dəfə iftar yeməyində iştirak edib.

İftardan öncə çıxışında prezident müsəlman icmasına səslənərək "Fransa universitetlərində imam hazırlaya bilərsiniz”,- deyib. Prezidentlə bərabər iftar yeməyində daxili işlər naziri Gerard Kollimb da olub.

Müsəlman icması üçün Ramazan ayının önəmini bildiyini deyən prezident çıxışına belə davam edib:"İftar ədalət, paylaşım, qonaqpərvərlik dəyərlərini özündə birləşdirir. Ramazan hər kəsin bərabər olduğu aydır. Bunlar eyni zamanda cəmiyyətimiz və respublikamızda da təməı prinsiplərdir".

Ölkəyə rəhbərlik edəcəyi dönəmdə Fransada dini ayrı-seçkilik olmayacağını vəd edən Makron "Müsəlmanlar terrora layiqli cavabı hər zaman veriblər. Mənim burda olmağım qardaşlığımızın nümunəsidir",- deyə vurğulayıb.

Xəbər lenti