Xəzər Xəbər

Kim Çen Indan GİZLİ ƏMR: "Bu silahlar Şimali Koreyanı məhv olmaqdan xilas edəcək"

Dünya | 13:59 • 22 İyun 2017
Kim Çen Indan GİZLİ ƏMR:

Şimali Koreya lideri Kim Çen In faktiki olaraq ölkədə nüvə silahının mövcudluğunu təsdiq edib.

Kim Çen In bu ilin fevral ayında "obyekt nömrə 92" adlı zavoda baş çəkib. Burada istehsal olunan raketlər və nüvə başlıqları ilə tanış olan lider bu günə qədər heç yerdə işıqlandırılmayan sənəd imzalayıb.

Təsadüf nəticəsində jurnalistlərin əlinə keçən sənəddə liderin xüsusi olaraq prosesin gizli saxlanılması əmrini verdiyi qeyd olunub: "Bu nüvə silahlarının hazırlanma prosesi və qorunub saxlanması Şimali Koreyanın hərbi sirri kimi gizli saxlanmalıdır. Bu, hərbi sirlərdən belə vacibdir, çünki vətənimizin məhv olmasının qarşısını ala biləcək yeganə gücümüz bu silahlardır".

2012-ci ildə Kim Çen In Koreya Xalq Demokratik Respublikasını nüvə dövləti adlandıraraq burada güclü nüvə potensialının olduğunu bildirib. Lakin əksər ekspertlər bu şüarın təbliğat xarakterli olduğunu düşünmüşdü.

Hazırda əldə olunan sənədlər Koreya Xalq Demokratik Respublikasında həqiqətən də nüvə silahının var olduğunu təsdiqləyir.

Bu günə qədər KXDR 5 nüvə silahının sınağını keçirib. Bunların 3-ü Kim Çen In tərəfindən gerçəkləşdirilib./publika.az

Xəbər lenti