Xəzər Xəbər

UNİCEF: İraqda 5 milyondan artıq uşaq humanitar yardıma möhtacdır

Dünya | 12:39 • 22 İyun 2017
UNİCEF:

BMT-nin Uşaq Fondu (YUNİSEF) bəyan edib ki, hazırda İraqjda 5 milyondan artıq uşaq humanitar yardıma möhtacdır.

Bu barədə Röyters təşkilatın bəyanatına istinadla bildirib.

Bütün İraq ərazisində uşaqlar əsl dəhşətin və təsəvvür edilə bilməz təcavüzün şahidi olmağa davam edir"

«Bütün İraq ərazisində uşaqlar əsl dəhşətin və təsəvvür edilə bilməz təcavüzün şahidi olmağa davam edir», deyə fonddan bildirilir.

Təşkilatın məlumatına görə uşaqlar öldürülür, yaralanır, oğurlanır, atəş açmağa və öldürməyə məcbur edilir.

YUNİSEF bu yaxınlara kimi İŞİD-in tam nəzarətində olan Mosuldan terrorçuların şəhərdən qaçmaq istəyən insanların uşaqlarının nümayişkaranə şəkildə öldürülməsini xatırladıb./faktxəbər

Xəbər lenti