Xəzər Xəbər

Tramp kasıblarla işələmək istəmədiyini açıqladı

Dünya | 12:34 • 22 İyun 2017
Tramp kasıblarla işələmək istəmədiyini açıqladı
ABŞ prezidenti Donald Tramp kasıb bir şəxsi nazir postunda görmək istəmədiyini və bu səbəbdən varlı şəxslərə vəzifə verdiyini bildirib. Ağ Ev rəhbəri çıxışı zamanı deyib ki, insanların hər birini sevsə də, lakin bəzi vəzifələrdə kasıbların olmasını istəmir.

"Bir nəfər məndən nə üçün varlı şəxsi iqtisadiyyat naziri təyin etdiyimi soruşdu. Fikrimcə, bu doğrudur və ticarət naziri Vilbur Ross varlı bir şəxsdir. Çünki biz bunu belə istəyirik. Bütün insanları sevirəm, zəngin və ya yoxsul. Lakin müəyyən mövqelərdə yoxsul şəxsləri görmək istəmirəm",-deyə Donald Tramp əlavə edib./faktxəbər

Xəbər lenti