Xəzər Xəbər

Türkiyənin xarici işlər naziri Yaponiyada səfərdədir

Dünya | 12:03 • 22 İyun 2017
Türkiyənin xarici işlər naziri Yaponiyada səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyada rəsmi səfərdədir.

Səfərin ilk günündə nazir Yaponiyanın iş adamları ilə bir araya gələrək iki ölkə arasında iqtisadi və turizm sahəsində əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.

Yunus Emre Türk Mədəniyyət Mərkəzini ziyarət edən M.Çavuşoğlu burada Yaponiyanın tanınmış türkoloqu, Osmanlı tarixçisi professor Tadaşi Suzuki ilə görüşüb, mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.

Yaponiya-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş zamanı isə iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafı və regional problemlər mövzusunda müzakirələr aparılıb.

Həmin gün axşam M.Çavuşoğlu yapon həmkarı Fumio Kishida ilə Türkiyə-Yaponiya əlaqələrinin mövcud vəziyyəti və əlavə əməkdaşlıq imkanları barədə danışıqlarda iştirak edib. Görüşlərdən sonra M.Çavuşoğlunun həmkarı F.Kishida ilə birlikdə mətbuat konfransı keçirilib.

Xarici işlər naziri səviyyəsində 14 il fasilədən sonra reallaşdırılan bu səfər çərçivəsində M.Çavuşoğlunun Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşige Seko ilə görüşü, Baş nazir Shinzo Abe tərəfindən qəbul edilməsi, həmçinin Sasakava Sülh Fondunda "Yaxın Şərqdəki inkişaf və Türkiyənin rolu” mövzusunda çıxışı nəzərdə tutulur. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti