Xəzər Xəbər

İzmirdə hərbi hissənin yaxınlığında partlayış baş verib

Dünya | 11:28 • 22 İyun 2017
İzmirdə hərbi hissənin yaxınlığında partlayış baş verib

Bu gün yerli vaxtla 7:50 radələrində İzmirin Konak rayonunda NATO-ya məxsus hərbi hissə ilə qəbiristanlıq arasındakı ərazidə güclü partlayış olub.

Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində hərbi hissənin ətrafına çəkilmiş divar uçub, yaxınlıqdakı binaların pəncərə şüşələri qırılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, partlayış Toros qəbiristanlığı ilə NATO-ya aid ərazini dövrəyə alan yerin kəsişdiyi bölgədəki hasarın dibində meydana gəlib.

Partlayışda ölən və yaralanan olmayıb. Polis hadisə yerini əhatəyə alıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti