Xəzər Xəbər

Türkiyədə zəlzələ oldu - 5 bal

Dünya | 10:17 • 22 İyun 2017
Türkiyədə zəlzələ oldu - 5 bal

Türkiyənin İzmir vilayəti yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib.


Xezerxeber.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Egey dənizində, ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ İzmir şəhərində və ətraf ərazilərdə hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti