Xəzər Xəbər

Rusiya aviaşirkəti Azərbaycana uçuşlara başladı

Dünya | 09:55 • 22 İyun 2017
Rusiya aviaşirkəti Azərbaycana uçuşlara başladı

Rusiyanın "İrAero" aviaşirkəti Krasnoyarskdan Bakıya ilk beynəlxalq reysi həyata keçirib.

Bu barədə Trend Yemelyanova beynəlxalq aeroportuna istinadən məlumat verir.

Krasnoyarsk-Bakı marşrutu üzrə ilk reys iyunun 21-də icra olunub. Təyyarədə yerlər tam dolub.

Bundan sonra uçuşlar ilin sonunadək yay cədvəli üzrə həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Xəbər lenti

Çox oxunanlar