Xəzər Xəbər

"Rusiyali hakerlər 21 ştatda seçki komissiyalarının sistemlərinə hücum ediblər"

Dünya | 09:28 • 22 İyun 2017
"Rusiyali hakerlər 21 ştatda seçki komissiyalarının sistemlərinə hücum ediblər"

ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində rusiyali hakerlər 21 ştatda seçki komissiyalarının sistemlərinə hücum ediblər.

Xezerxeber.az-ın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Daxili təhlükəsizlik nazirliyinin kibertəhlükəsizlik və kommunikasiya bölməsinin rəsmisi Janet Manfra bəyan edib.

"Seçki ərəfəsində 21 ştatda seçkilərə aid sistemlərin hücuma məruz qalması ilə bağlı kifayət qədər dəlil-sübutumuz var”, deyə Senatın kəşfiyyat üzrə xüsusi komitəsində çıxış edən J.Manfra bildirib.

Ştatların adlarını çəkməyən nazirlik rəsmisi qeyd edib ki, həmin ştatların seçki orqanları kiberhucumlar barədə məlumatlı olub.

Xəbər lenti