Xəzər Xəbər

ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

Dünya | 09:21 • 22 İyun 2017
ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətini uzadacağı barədə konqresi məlumatlandırıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məlumata görə, ABŞ-ın 2008-2016-cıillərdə rəsmi Pxenyana qarşı tətbiq etdiyi bir sıra sanksiyaların müddəti uzadılacaq. Ötən ilin dekabrında ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Sanksiyalara məruz qalan hüquqi və fiziki şəxslər Şimali Koreya hökuməti və ölkənin atom proqramı ilə əlaqəsi olanlardır. Onların arasında müəssisə rəhbərləri, ticarət korporasiyası və atom sənayesi nazirliyinin nümayəndələri də var. Sanksiya siyahısına həmçinin sənaye və inşaat korporasiyaları, "Air Koryo” aviaşirkəti, "Koryo Bank” daxil olmaqla bir neçə maliyyə və sığorta şirkətləri salınıb.

Xəbər lenti