Xəzər Xəbər

Qətərdən sonra növbə bu ölkənindir: Ağ Ev qərar verib

Dünya | 14:53 • 21 İyun 2017
Qətərdən sonra növbə bu ölkənindir:

Son günlər ABŞ-ın Əfqanıstan siyasətini nəzərdən keçirən və yenidən dəyərləndirən Donald Tramp rəhbərliyinin Pakistana qarşı münasibətini sərtləşəcəyi iddia edilib.

"Reuters" xəbər verir ki, Pakistandakı silahlıların qonşu Əfqanıstanda həyata keçirdikləri hücumları dəyərləndirən Tramp rəhbərliyi məsələ ilə bağlı sərt tədbirlər görməyə qərar verib.

Ağ Evin Pakistanda pilotsuz uçuş aparatları ilə aparılan hücumları genişləndirmək, Pakistana edilən yardımları azaltmaq və ABŞ-ın NATO üzvü olmayan mühüm müttəfiq kimi gördüyü ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq kimi bir sıra tədbirlərlə müzakirələr apardığı qeyd olunub.

Xəbərdə bildirilir ki, ABŞ-ın Əfqanıstanda 16 ildir davam etdirdiyi müharibə strategiyasını dəyərləndirən Tramp rəhbərliyi Talibanın Pakistandakı etibarlı mağaralarda gizləndiyi və bu yolla Əfqanıstanda bir çox aksiya həyata keçirdiyi qənaətinə gəlib. Ancaq Ağ Evin Pakistanla əlaqələri qırmaq istəmədiyi və daha geniş bir əməkdaşlıq üçün İslamabad rəhbərliyinə olan münasibətini dəyişəcəyi ehtimal olunur.

Məsələ ilə bağlı danışan bir amerikalı səlahiyyətli "Bu ana qədər Pakistanla bağlı strategiyamızın nə olduğunu aydın qeyd etməmişdik. Bundan sonra açıq bir şəkildə Pakistandan nə istədiyimizi söyləyəcəyik",- deyə bildirib.

Xəbər lenti