Xəzər Xəbər

Baltik səmasında həyəcanlı anlar — NATO qırıcısı Rusiya müdafiə nazirinin təyyarəsinə yaxınlaşmaq istədi

Dünya | 14:02 • 21 İyun 2017
Baltik səmasında həyəcanlı anlar

NATO qırıcısı Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmaq istəyib.

Hadisə Baltik dənizinin səmasında baş verib. Müdafiə naziri Kalininqrada uçurmuş.

NATO-ya məxsus F-16 tipli qırıcı generalın təyyarəsinə yaxınlaşsa da, "Su-27" qırıcısı onu ərazidən uzaqlaşdırıb. Bu barədə nazirlə eyni təyyarədə uçan jurnalist məlumat verib.

NATO qırıcıları nazirin təyyarəsini Baltik dənizinin neytral sularında müşayət etmək istəyiblər. Qırıcılardan biri təyyarəyə yaxınlaşmaq istəyəndə "Su-27" qırıcısı araya girib. Rus qırıcısı qanadlarını tərpədərək atəş açacağına işarə edib. Bundan sonra "F-16" fırlanaraq ərazidən uzaqlaşıb.


Xəbər lenti