Bin Ladenə görə bütün dünyanı aldatdılar - İllər sonra HƏR ŞEY ÜZƏ ÇIXDI

21.11.2018 17:31

Pakistan rəsmi olaraq ilk dəfə "Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin tapılmasında rolunu qəbul edərək, ABŞ prezidenti Donald Trampın iddialarını təkzib edib.

Açıqlamaya görə, "Əl-Qaidə” liderinin tapılması üçün ilk dəlil ABŞ-a Pakistan kəşfiyyatı tərəfindən verilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün Üsamə bin Ladenin tapılmasında Pakistanın heç kömək etmədiyini, bu ölkəyə edilən milyonlarla dollarlıq yardımların boşa getdiyini bildirmişdi. Tramp yanvar ayında isə Pakistanın bəzi terror təşkilatları üçün təhlükəsiz bir bölgəyə çevrildiyini və bu təşkilatların Əfqanıstanda hücumlarda iştirak etdiyini söyləmişdi.

ABŞ bu il Pakistana 255 milyon dollarlıq hərbi yardımın verilməsini dayandırıb.

Qeyd edək ki, Üsamə bin Laden bir çox ölkədə qadağan edilmiş "Əl-Qaidə” beynəlxalq terror təşkilatının banisidir. O, 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda terror aktlarının təşkilatçısı hesab edilir. Bin Laden 2 may 2011-ci il gecəsi Amerika hərbçiləri tərəfindən Pakistanın Abbottabad şəhərində məhv edilib./publika.az

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR