Pedro Sançes: İspaniya “Brexit” sazişinə səs verməyəcək

20.11.2018 14:59

İspaniyanın baş naziri Pedro Sançes bəyan edib ki, İspaniya "Brexit” sazişinin prinsipcə əleyhinə səs verəcək, çünki bu sazişdə Hibraltarın gələcək statusu aydın göstərilməyib.

Baş nazir "The Economist” jurnalına müsahibəsində deyib: "Hibraltar Böyük Britaniyaya məxsus deyil. Biz bir ölkə olaraq, Hibraltarın gələcəyi məsələsinin Birləşmiş Krallıq ilə Avropa İttifaqı arasında müzakirə olunmasını güman edə bilmərik. Bu məsələ İspaniya ilə Birləşmiş Krallıq arasında müzakirə olunmalıdır”.

AZƏRTAC xəbər verir ki, London ilə Brüssel arasında sazişin 184-cü maddəsi İspaniya üçün problem yaradıb. Həmin maddədə keçid dövrü başa çatandan, Böyük Britaniya Aİ-dən çıxandan sonra aparılacaq danışıqlar və sazişlərin yerinə yetirilməsindən bəhs edilir, lakin konkret tarix göstərilmir.

İspaniyanın xarici işlər naziri Jozep Borrel bildirib ki, İspaniya hökuməti heç şübhəsiz həmin maddənin anlaşılmaz olduğunu israr edir və Hibraltarın qəti statusu İspaniya ilə danışıqların mövzusu olmalıdır.

© xezerxeber.az


59 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR