Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Argentinada “San-Juan” sualtı qayığının ekipajı üçün matəm elan olunub

19.11.2018 11:56

Argentina Prezidenti Maurisio Makri 2017-ci ildə itən "San-Juan” sualtı qayığının ekipajı üçün 3 günlük matəm elan edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, prezident həmçinin sualtı qayığın axtarışında iştirak edən bütün ölkələrə təşəkkürünü bildirib.

Argentinanın Hərbi Dəniz Qüvvələri "Twitter” sosial şəbəkəsində "San-Juan” sualtı qayığının dəniz dibindəki şəkillərini yayımlayıb. Kadrlarda sualtı qayığın dağılmış korpusu və hərəkət vinti görünür. Mar-del-Plata hərbi dəniz bazasının komandanı Qabriel Attis aşkarlanan sualtı qayığın gövdəsinin deformasiyaya uğradığını və üzərində partlayış izlərinin olduğunu bildirib.

"San Juan” sualtı qayığı "Ocean Infinity” kompaniyası tərəfindən yoxa çıxdığı rayonda su səthindən 800 metr dərinlikdə aşkar edilib. Argentinanın müdafiə naziri Oskar Aquad itkin düşən ekipaj üzvlərinin ailələri qarşısında çıxış edərkən Hərbi Dəniz Qüvvələrinin sualtı qayığın axtarışı üzrə əməliyyatlara 780 milyon peso (təxminən 31 milyon avro) xərclədiyini bildirib.

Xatırladaq ki, Argentinanın Uşuaya limanından səfərə çıxan və göyərtəsində 44 ekipaj üzvünün olduğu dizel-elektrik mühərrikli "San Juan” sualtı qayığı ilə əlaqə 2017-ci il noyabrın 15-də kəsilmişdi. Noyabrın 30-da ölkənin Hərbi Dəniz Qüvvələri ekipajin xilas edilməsi üzrə əməliyyatların dayandığını, sualtı qayığın axtarışlarının isə davam etdiyini bildirmişdi.

© xezerxeber.az

FOTOQALERIYA






96 dəfə oxunub

ÇOX OXUNANLAR